Debat nədir?

Debat ingilis dilində «müzakirə» deməkdir. Debat iki fərqli yönümdə yanaşması olan tərəflərin üçüncü tərəfi(tamaşaçı, hakimlər və s.) inandırmaq üçün bir-biriləri ilə müzakirənin formal metodudur. Debat deyəndə ağıla qeyri-adi birşey gəlməməsi üçün əvvəlcədən qeyd etməliyik ki, əslində debat insanın gündəlik həyatının bir parçasıdır. Məsələn, evə gec gəlirsiniz və valideynlərin əsəblərini yatışdırmaq üçün onları gec gəlişinizin səbəblərinə və məhs gecikməkdə haqlı olduğunuza inandırmağa çalışırsınız. Beləcə siz artıq debatla məşğul oldunuz. Gündəlik həyatda buna aid bir çox misal gətirmək olar. Amma bu misallar qeyri-formal debatlara aiddir. Yəni Debatlar formal və qeyri- formal olurlar. Formal debatlarda öz arqumentlərinizi təqdim etmək üçün, sizə yalnız bir neçə dəqiqə vaxt verirlər. Formal debatlarda , hakim və ya hakimlər komitəsi tərəfindən, kimin qalib gəldiyi barədə qərar çıxarılır. Formal debatları səciyyələndirən əsas cəhət burada əks nöqteyi - nəzərlərin toqquşmasını tənzim edən qaydaların mövcudluğudur. Bunun üçün yalnız nitqlə çıxış etmək kifayət deyil, eyni zamanda qarşı tərəfin arqumentlərini rədd etmək, öz mövqeyini opponentin mövqeyi ilə müqayisə edib öz üstünlüyünü hakimin nəzərinə çatdırmaqdır. Formal debat müzakirəyə təqdim olunan problemi təsvir edən, qısa ifadə olunmuş mövzudan başlanır. Həmin mövzu ətrafında iki, bir-birinə əks duran mövqelər yaranır: təstiq mövqe və inkar mövqe. Mövqeləri təmsil edən hər bir komanda bitərəf olan üçüncü tərəfi – hakimi, inandırmağa cəhd edir. Hər bir komandaarqumentlərin köməyi ilə öz mövqelərini müdafiə edir, rəqibinin arqumentlərini isə təkzib edir.