"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007, 2011, 2016-cı illərdə AR Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Beynəlxalq Biznes İnkubassiya Assosiasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 200 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin (GEN) Azərbaycanda eksklüziv nümayəndəsi, Avropa Gənc Sahibkarlar Asosiassiyasının (JEUNE) tam-hüquqlu üzvü,  “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatı, eləcə də  2013-cü ildən etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın üzv təşkilatıdır. Həmçinin DVC Avropa Könüllülük Xidmətinin “göndərən” statusuna malikdir.

18 illik təcrübəyə əsaslanan təşkilat Milli Debat Proqramı və “Youth Inc." Sahibkarlıq Proqramı çərçivəsində fəaliyyətini davam etdirir.