Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Debat Klubu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Debat Klubu 2006-cı ildən bəri artıq 11 ildir ki, “Ən titullu klub” adının sahibi olaraq fəaliyyət göstərir. Fəaliyyət dövründə hal-hazırda olan bir çox debat klubların yaranmasına və inkişafına dəstək göstərmişdir. Belə ki, DİA Debat Klubu yarandığı gündən 4 prinsip: birləşdirmək, öyrətmək, varislik və inkişaf prinsipləri əsasında formalaşmış və inkişaf etmişdir. Debat klubun nailiyyətləri sırasına müxtəlif dillərdə Bakı, Respublika və universitetlərarası BP, KPD, PD, LD turnirlərinin çempionluqları daxildir. Həmçinin klub sadalanan turnirlərin təşkilatçısıdır.