Şəki Regional Debat Mərkəzi

Şəki Regional Debat Mərkəzi 2012-ci ildən bəri fəaliyyət göstərir. Mərkəz "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən 2013, 2014, 2015-ci illərdə “Ən Fəal və Məhsuldar - Debat Mərkəzi” olaraq seçilmişdir. Şəki Regional Debat Mərkəzi daxilində 4 debat klub, həmçinin məktəbli debatının inkişafı üçün Şəki Məktəbli Debat Liqası fəaliyyət göstərir. 2015-ci ildə keçirilən Bakı Gənclər Debat Forumu (BGDF) çərçivəsində mərkəzin debat klubu ilk üçlüyə daxil olmuşdur. Mərkəz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Şəki şəhər Gənclər və İdman idarəsi tərəfindən bir neçə dəfə diplomlarla təltif edilib.  
Həmçinin, fəaliyyəti dövründə “Youth Inc.” Sahibkarlıq Proqramı daxilində fəaliyyətinə görə də regional mərkəzlər üzrə ən məhsuldar və aktiv mərkəz kimi seçilib. Şəki Regional Debat Mərkəzinin üzvü olan gənc sahibkarlar Proqram tərəfindən mükafatlandırılmış və fəaliyyəti üzrə dəstək almışdır.