Xəbərlər

Debat Klubları üzrə təlimlər keçirilir

Debat Klubları üzrə təlimlər keçirilir

02.03.2017 Xəbərlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi çərçivəsində klub rəhbərləri üçün təlimlər davam edir.
Klub rəhbərlərinin layihənin istiqamətləri ilə tanış olunması, onların maarifləndirilməsi və düzgün debat ideologiyasının məktəblərdə təbliği məqsədilə təşkil edilən təlimlərdə Xətai və Suraxanı rayonları üzrə layihəyə cəlb olunan 5 məktəbin debat klub rəhbərləri iştirak edib. 
Qeyd edək ki, təlimlər martın 10-na qədər davam edəcək.

http://baku.edu.gov.az/az/page/9/2071