Xəbərlər

DVC 14 ölkənin iştirakı ilə keçirilən konfransda Azərbaycanı təmsil etdi

DVC 14 ölkənin iştirakı ilə keçirilən konfransda Azərbaycanı təmsil etdi

29.07.2017 Xəbərlər

DVC 14 ölkənin iştirak etdiyi Beynəlxalq Debat Təhsil Assosiasiyasının Şərqi Avropa üzrə regional bölməsinin (“IDEA NL”) konfransında Azərbaycanı təmsil edib.

Belə ki, Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Çexiya, Latviya, Ukrayna, Belarusiya və s. ölkələrdən “IDEA NL”in tərəfdaş təşkilatlarının üzv, məşqçi və rəhbərlərinin iştirakı ilə “IDEA NL General Assembly (GA) 2017” konfransı keçirilib. Konfransın məqsədi 2016-2017-ci ilin cari vəziyyətinin və 2017-2018-ci il üzrə strateji planların müzakirəsi, təcrübələrin bölüşməsi və gələcək əməkdaşlığın inkişafından ibarət olub. Beynəlxalq konfransda Azərbaycandan nümayəndə olaraq, DVC təşkilatının rəhbəri Ələkbər Mustafayev Milli Debat Proqramını təmsil edib.

Qeyd edək ki, DVC “IDEA” ilə Milli Debat Proqramı çərçivəsində fəaliyyət göstərir. “IDEA”nın Şərqi Avropa üzrə regional bölməsi olan “IDEA NL” yaradılmış və 2013-cü ildən DVC “IDEA NL”in həqiqi üzvü kimi fəaliyyət göstərir. Əməkdaşlığa uyğun olaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il keçirilən təlimlər, turnirlər və forumlar IDEA-nın metodologiyasına əsaslanır. Məlumat üçün bildirək ki, IDEA təşkilatı debat təhsili, resurs, təlim və tədbirlərinin keçirilməsi üçün təlimçiləri və gəncləri yetişdirən global metodologiya mərkəzidir. Mərkəz məktəblər, universitetlər, debat təşkilatları, fondlar və dövlət strukturları ilə əməkdaşlıq edir.

Xatırladaq ki, DVC öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007, 2011, 2016-cı illərdə AR Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Beynəlxalq Biznes İnkubasiya Assosiasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 200 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin (GEN) Azərbaycanda eksklüziv nümayəndəsi, Avropa Gənc Sahibkarlar Asosiassiyasının (JEUNE) tam-hüquqlu üzvü,  “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır. Həmçinin DVC “Erasmus +” proqramının “Avropa könüllülük xidməti”nin göndərən statusuna malikdir.