Xəbərlər

İstək liseyi şagirdləri üçün debat təlimi keçirilib

İstək liseyi şagirdləri üçün debat təlimi keçirilib

14.03.2017 Xəbərlər

Milli Debat Proqramı çərçivəsində 13.03.2017-ci il tarixində Mingəçevir Regional Debat Mərkəzi və Ağdaş İstək liseyinin təşkilatçılığı, Gələcək Gənclərlə Gələcək Gənclər Klubunun dəstəyi ilə lisey şagirdləri üçün növbəti debat təlimi keçirilib. Mingəçevir Regional Debat Mərkəzinin sədri, Etiram Sadıqzadə tərəfindən keçirilən təlim nəticəsində şagirdlər debatın Karl Popper formatını dərindən mənimsəyiblər.

Qeyd edək ki, təlim İstək liseyləri (İstək liseyi) arasında keçiriləcək debat forumuna hazırlıq məqsədi daşıyır.