Hakimlik nədir?

Hakim Kimdir?

  • Debatda hakimlik – bir tərəfin inandırıcı olması və mübahisədə onun qələbəsinin nəticəsi olan qərarın qəbul edilməsi prosesidir. Bu qərarı verən şəxsə Hakim adlanır.
  • Debatda hakim təkcə qiymətləndirici deyil, həm də öyrədici rol oynayır. O, oyunu və oyunda fikirlərin toqquşmasını təhlil edərək, bu və ya digər tərəfin qələbəsi haqqında qərar qəbul edir.
  • Nəzəri cəhətdən, inandıran tərəfi seçib, əsaslandıra bilən hər bir şəxs hakim ola bilər. Lakin format ilə yaxından tanış olan hakimlər səhvlərdən qaça bilməlidir.
  • Hakim yalnız Milli Debat Proqramı tərəfindən keçirilən xüsusi təlimlərin yetirməsi ola bilər.

Hər bir hakim oyunda nə baş verdiyini dərk etməlidir. Aşağıdakı bəndlərə riayət etməlidir:

  • Hakim qərar qəbul edəndə hisslərə qapılmamalı, tam düşünülmüş və ədalətli qərar verməlidir.
  • Hakim həm tərbiyəçi, həm də müəllim olmalıdır, cəzalandırmamalı, debat iştirakçılarının öyrədilməsinə kömək məqsədilə qərarını hərtərəfli əsaslandırmalıdır.
  • Hakim müəyyəm etməlidir ki, hansı komanda öz arqumentlərinin inkişaf etdirilməsində və opponentlərin arqumentlərinin təkzib edilməsində üstün olmuşdur.
  • Hakim sübut etməlidir ki, bu və ya digər komanda niyə qalib gəldi.