İdarə və işçi heyəti

Ələkbər Mustafayev

Ələkbər Mustafayev

DVC təşkilatının ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) Sədri

Ələkbər Mustafayev məktəbli və tələbə olduğu dövrlərdə müxtəlif ictimai layihələrin, düşərgələrin və yarışların fəal iştirakçısı olub. Debat fəaliyyətinə 2001-ci ildən başlayan Ələkbər Mustafayev müxtəlif debat formatlarında keçirilən turnirlərdə qalib, ən yaxşı natiq, ən yaxşı hakim, ən yaxşı məşqçi seçilib. O, məktəblilər üçün 2005-ci ildə Karl Popper debat formatında keçirilən Bakı Debat Forumunun ən yaxşı 1-ci natiqi, Linkols Duglas debat formatında keçirilən Respublika Debat Forumunun finalçısı olub. Ələkbər Mustafayev 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində bakalavr dərəcəsində təhsilini davam etdirib. O, tələbəlik dövründə də debat ictimaiyyətində qalaraq 2006-2007-ci illərdə DVC-də Hakimlik departamentin rəhbəri olaraq fəaliyyət göstərib, eləcə də məzun olduğu ilə qədər müxtəlif debat turnirlərində hakimlik edib. Daha sonra fəaliyyətini biznes sahəsində rəhbər vəzifələrdə davam etdirərək, 2015-ci ilə qədər proqramlaşdırma və menecment sahələrində təcrübə qazanıb. 2015-ci ildən DVC-də Milli Debat Proqramının eksperti olaraq çalışmağa başlayıb. Ə.Mustafayev 2017-ci ildən DVC-nin sədri seçilərək, təşkilatın inkişafında və gələcək strategiyasının qurulmasında əvəzsiz rol oynayıb. Hal-hazırda Ələkbər Mustafayev DVC təşkilatının sədri və "Youth Inc." Sahibkarlıq Proqramının rəhbəri vəzifəsini icra edir.

Qulamhüseyn Məmmədov Qulamhüseyn Məmmədov Milli Debat Proqramının Rəhbəri