Təlimçilik nədir?

“Youth Inc.” Programı “Vətəndaş Cəmiyətində Debat” İctimai Birliyi “Coca-Cola” şirkəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuşdur.

Qeyd edək ki, bu proqramın həyata keçirilməsi ideyası bir qrup gənclərin 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilə görüşündən sonra yaranmışdır. Bu görüşdə DVC tərəfindən gənc sahibkarlara dəstək məqsədi ilə biznes-inkubatorların yaradılması təklif olunmuşdur. Təklif cənab prezident tərəfindən bəyənilmiş və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında öz təsvirini tapmışdır (6.1.6 və 6.4.2). Bununla yanaşı, Dövlət Proqramının əsas məqsədi kimi gənclərin idarəetmədə fəal iştirakını, onların məşğulluğunun təmin edilməsi və gənclərin digər sosial-iqtisadi problemlərinin həlli qəbul olunmuşdur. Təklifin təşəbbüskarı olaraq DVC öz üzərinə onun reallaşdırılması məsuliyyətini götürdü. Beləliklə, təşkilat sahibkarlıq və biznes inkubasiya sahəsində beynəlxalq təşkilatların üzvü oldu, peşəkarlığı artırmaq və təcrübə mübadiləsi aparmaq məqsədi ilə xarici və yerli ekspertlərlə görüşlər keçirtdi. Gənc sahibkarlığa aid çox saylı layihələr həyata keçirtdi. Bu istiqamətdə fəaliyyətin məntiqi davamı olaraq “Youth Inc” Proqramı irəli sürüldü.

Məhz bunu nəzərə alaraq, şirkət “Youth Inc” proqramını inkişaf etdirilməsini vacib hesab etdi və bu proqram Azərbaycanda “Gənclərin Sahibkarlıq Klubları Şəbəkəsi” pilot layihəsi ilə start götürmüşdür. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində 1040 nəfər gənc üçün silsilə təlimlər və seminarlar keçirilmiş, həmçinin artıq mövcud olan uğurlu sahibkarlıq nümunələrini göstərərək gənclərin öz bizneslərini açmağa cəlb olunması planlaşdırılmışdır. “Gənclərin Sahibkarlıq Klubları” adı çəkilən şəhərlərdə, artıq fəaliyyət göstərən, Debat mərkəzləri (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyin Regional nümayəndəlikləri) bazası üstündə qurulmuş, yalnız paytaxtda deyil regionlarda da gənclərin sahibkarlığına dəstək olmuşdur.